📌 Altı barmaq kimi tanınan polidaktiliya genetik bir problemdir. ‼️ Ancaq yalnız bir əldə və ya ayaqda bu anomaliya ola bilər.
📌 Polidaktiliyanı fərqləndirən ən mühüm xüsusiyyət onun anadangəlmə olmasıdır. ‼️ Çünki ana bətnində olarkən əl və ayaq barmaqlarının inkişafı zamanı baş verir. 📎Körpələr ana bətnində olarkən onların barmaqları arasındakı toxumalar birləşir. Sonra buradakı toxumalar məhv olur və əriyir . 👌🏻Bu sayədə adət etdiyimiz əl və ayaq görünüşü formalaşır. ‼️ Bəzi hallarda bu ərimə zamanı əlavə barmaqlar meydana gələ bilər. Qeydlərə görə, bu, 500 yeni doğulmuş körpədən birində baş verir.👀 Bəzən bu vəziyyətdə birləşmiş barmaqlar da görünə bilər.(sindaktiliya) Bu, qeyd etdiyimiz toxumaların tamamilə əriyə bilməməsindən qaynaqlanır. ‼️ Bu vəziyyət adətən 6-12 ay arasında əməliyyatla düzəldilir.🙋🏽♀️
📌 Polidaktiliya adətən kiçik barmağın yanında əlavə barmaq kimi yaranır , ancaq baş barmağın yanında görmək də mümkündür. 📍 Bu əlavə barmaq digər barmağa bitişik ola bilər . Bəzən digər barmaqlar kimi ayrı şəkildə görülür . Bu irsi problemdə bəzən fəqərələr olmadan əlavə barmaqlar meydana gələ bilər.📍
📌 Polidaktiliya nəsildən-nəslə autosomal xromosomlar vasitəsilə ötürülür. Autosomal xromosomları cinsi xromosomlar deyil.