Səhər ac qarına kartof suyu içməyin inanılmaz faydaları
Kartof, demək olar ki, hər mətbəxin əsasını təşkil edən, bişirilməsi asan və hər fəsildə istifadə edilən faydalı bir tərəvəzdir. Ancaq bu möhtəşəm tərəvəzin suyunun da sağlığa çox faydaları olduğunu bilirdinizmi?
Kartof suyunun əsas faydaları:
- Həzm sistemini tənzimləyir: Səhərlər ac qarına içilən kartof suyu qəbizlik, ishal, şişkinlik və mədə qıcqırması kimi problemlərə qarşı effektli bir vasitədir. Həzm sistemini rahatladır və mədəni gücləndirir.
- Toksinləri təmizləyir: Araşdırmalar göstərir ki, kartof suyu orqanizmdən zərərli toksinlərin atılmasına yardım edir. Bununla bərabər qaraciyərin və öd kisəsinin təmizlənməsinə dəstək olur və daşların yaranmasının qarşısını alır.
- Mədə problemlərinə qarşı təsirli: Mədənin pH səviyyəsini tənzimləyərək turşuluq problemlərini aradan qaldırır. Mədə sancısı, reflüks və qastrit kimi problemlərdən əziyyət çəkənlər üçün mükəmməl bir təbii vasitədir.
- Qansızlıq riskini azaldır: Kartof suyu tərkibindəki fol turşusu və dəmirlə qırmızı qan hüceyrələrinin istehsalına dəstək olur, qansızlıq və anemiya riskini azaldır.
- Revmatizm və oynaq ağrılarına qarşı: Kartof suyunun zəngin üzvi tərkibi bel və ürək ağrılarına, həmçinin gut xəstəliyinə qarşı müsbət təsir göstərir.
- Yüksək təzyiqə qarşı faydalıdır: Kaliumla zəngin kartof suyu, yüksək təzyiqi olan insanlar üçün çox faydalıdır. Eyni zamanda ürək xəstəlikləri riskini də azaldır.
Səhər ritualı olaraq kartof suyu:
Məhz səhər ac qarına içilən kartof suyu, orqanizmin hər bir bölgəsində qan dövranını yaxşılaşdırır və bədəni təmizləyici təsir göstərir. Gündə 150 qram içərək, sağlamlığınızı dəstəkləyə və bədəninizin təbii gücünü artırmaq üçün bu sadə vərdişi həyatınıza daxil edə bilərsiniz.
Unutmayın ki, səhərlər ac qarına içdiyiniz kartof suyu bədəninizə enerji verərkən, bir çox sağlamlıq problemlərinin qarşısını alır. "Sağlamlıq incə addımlarla, düzgün vərdişlərlə gəlir" — bu sadə və təbii üsulu tətbiq edərək, sağlamlığınıza böyük bir addım ata bilərsiniz.
Kartof suyunu hazırlamaq üçün:
1.Təmiz kartof seçimi: Ən yaxşı nəticə üçün üzvi, kimyəvi maddələrlə təmas etməmiş kartoflar istifadə edin. Kartofları yaxşıca yuyun, çünki qabıqlarında da faydalı maddələr var.
2.Qabıqlı şəkildə emal edin: Yaxşıca yuduğunuz kartofları qabıqlı şəkildə kiçik parçalara doğrayın.
3.Şirəçəkən,Blender və ya sürtgəcdən istifadə edin: Şirəçəkən yoxdursa digər üsullarla kartofları püre halına gətirin , tənzif və ya süzgəc vasitəsilə süzün.
4.Təzə-təzə için: Hazırladığınız kartof suyunu dərhal içmək məsləhətdir. Səhərlər ac qarına 150 ml qədər kartof suyunu təzə şəkildə içməyə çalışın.
Qeyd: Kartof suyu dad olaraq çox xoş olmaya bilər, buna görə istəsəniz onu bir az su ilə qarışdıraraq içə bilərsiniz. Həddindən çox faydasını görəcəksiniz.