Yatmazdan əvvəl qidalanmaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Medtime.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq və hepatoloq Lyudmila Sosnina “Qazeta.ru”ya açıqlamasında bildirib.
Sosninanın sözlərinə görə, yemək mədədə iki-üç saat qalır. Bundan sonra qida maye halında kiçik bağırsağa keçir və burada qida maddələri sorulur. Həkim bildirib ki, böyük miqdarda protein və yağı olan qidaların həzm prosesi daha uzun müddət davam edir. Sosnina qeyd edib ki, yatmazdan əvvəl böyük miqdarda yemək yedikdə orqanizdə arzuolunmaz proseslər baş verir:“Bu halda beyinin funksiyası və immuniteti pisləşə, hormon balansı pozula bilər. Beyin yuxu zamanı enerjisini gün ərzində alınan məlumatları emal etmək, sinir əlaqələrini gücləndirmək və stress səviyyələrini azaltmağa sərf edir. Yatmazdan əvvəl böyük miqdarda qida qəbul edildikdə beyin enerjisini qidanı həzm etməyə yönəldir. Bundan əlavə, gecələr tüpürcək fermentlərinin və mədə şirəsinin fəaliyyəti azaldığından yuxu zamanı normal həzm və qida maddələrinin düzgün mənimsənilməsi baş vermir. Buna görə də şəkərli diabet, ürək-damar xəstəlikləri, qidalanma pozğunluqları, mədə-bağırsaq traktının xroniki xəstəlikləri olan şəxslərdə yatmazdan öndə qidalanmadan sonra sağlamlıq vəziyyəti bir qədər də pisləşir".
Həkim bütün riskləri nəzərə alaraq, yatmazdan ən azı iki-üç saat əvvəl qidalanmağı tövsiyə edir. Aclıq hissi çox güclü olduqda isə tez həzm olunan, azproteinli qidaları qəbul etməyin məqsədəuyğun olduğunu bildirilib.
Vasif