Badam Südünün İnanılmaz Faydaları və Hazırlanması
Badamdan əldə edilən badam südü, laktozdan azad olması ilə yanaşı, potasium, kalsium kimi minerallar və antioksidanlarla zəngindir. Tərkibində doymuş yağlar və xolestrin artıran yağlar olmadığından sağlamlıq üçün çox faydalıdır. Eyni zamanda bol vitamin mənbəyidir.
Medtime.az Badam Südünün Faydalarını Təqdim Edir:
- - Ürək-damar sisteminin xəstəliklərinin qarşısını alır.
- - Sinir sistemi üçün faydalıdır: Sakitləşdirir, beynin fəaliyyətini və yaddaşı yaxşılaşdırır.
- - İmmun sistemini möhkəmləndirir.
- - Öskürək və bronxit zamanı müalicəvi təsir göstərir.
- - Böyrəkləri təmizləyir.
- - Maddələr mübadiləsini yaxşılaşdırır.
- - Kişilərdə potensiyanı artırır.
- - Dərinin və saçların vəziyyətini yaxşılaşdırır.
Badam Südü Necə Hazırlanır?
Badam südü hazırlamaq üçün aşağıdakı addımları izləyin:
-
Badamların Hazırlanması:
- 1 stəkan çiy badamı 10 saat ərzində 3 stəkan suda gözlədin.
-
Süzmə Prosesi:
- Yumşaldıqdan sonra badamların suyunu süzün.
-
Blenderlə Çəkmək:
- Badamların üzərinə yenidən 3 stəkan su əlavə edin və blenderə qoyun.
- Badamlar tamamilə üyüdülənə qədər 10 dəqiqə ərzində çəkin.
-
Süzmə:
- Əldə edilən qarışımı tənziflə süzün.
-
Təzə badam südünü dadlandırın:
- Südə 1 çay qaşığı bal və qaşığın ucunda darçın əlavə edin, qarışdırın və içmək üçün hazırdır.
Badam südünü hər gün 1 stəkan olmaqla içmək olar. Nuş olsun!