Medtime.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi dərmanları qəbul edərkən, yediyiniz şeylərə xüsusi diqqət etməyiniz lazımdır. Bəs hansı dərmandan sonra nə yemək olmaz?
Təzyiq dərmanı ilə banan
Təzyiq dərmanları bədəninizdəki kalium miqdarını artırır. Normalda faydalı olan kalium həddindən artıq aldıqda, ürək problemləri baş verə bilər. Banan başda olmaqla yaşıl yarpaqlı tərəvəzlər və portağala bol kalium daxildir.
Xolesterin dərmanı ilə qreypfrut
Qreypfrut və qreypfrut şirəsi qan qan dövranı xolesterin dərmanı səviyyəsini artırır. Bu da ayaq ağrısı başda olmaqla dərmanların yan təsirlərinə həssas hala gətirir.
Qan durulaşdırıcı ilə ispanaq
İspanaq və digər tünd yaşıl yarpaqlı tərəvəzlərdə olan K vitamini, qan həlledicilərin təsirini azaldaraq laxtalanma riskini artıra bilər. Kələm və gül kələmi də qaçılması vacib olan tərəvəzlərdəndir.
Zob dərmanları ilə qoz
Qoz və digər lif baxımından zəngin qidalar Zob dərmanı vasitələrinin sorulmasına mane olur. Zob dərmanı vasitələrində olan kimyəvi maddələrin sorulması üçün yatmadan dərhal əvvəl alınması təklif edilir.