Medtime.az xüsusi araşdırmalara görə, ən yaxşı üsul təqdim edir. Yeddi gündə üç kilo arıqladan çay reseptini təqdim edirik.
Lazım olanlar:
- 2 qaşıq yaşıl çay
- 5 mixək
- 1 çubuq darçın
- 1 limonun suyu
- 1 şüşə mineral su
- 3-4 sm zəncəfil kökü
- 1 litr su
Hazırlanması:
Suyu çaydanda qaynadın və ona yaşıl çayı əlavə edin. 10 dəqiqə dəmlənməsini gözləyin. Bir şüşə qaba limon suyu, mineral su, darçın, mixək və sürtgəcdən keçirilmiş zəncəfil əlavə edin.
Hazırladığınız bu qarışımın üzərinə süzgəclə yaşıl çayı da tökün. Bu çaydan gün ərzində istifadə edə bilərsiniz və nəticəsini tez bir zamanda görəcəksiniz.