Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu ilin iyul ayı ərzində Bakı şəhəri üzrə ümumilikdə 29 aptekdə yoxlama aparıb.
Medtime.az Medicina.az -a istinadən xəbər verir ki, bu barədə mərkəzdən məlumat verilib.
Bildirilib ki, 28 aptekdə planlı, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib. Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.