Son elmi araşdırmalarda ana bətnində bisfenol A və ya BPA-ya məruz qalma və bu səbəbdən oğlan uşaqlarında neyroinkişaf pozğunluqları inkişaf etdirmə ehtimalına diqqət yetirilib. Məlum olub ki, bu tip plastik autizmlə əlaqələndirilir.
Müdtime.az Redaktor.az'-a istinadən xəbər verir ki, BPA onilliklər ərzində istifadə edilən sərt plastiklərin tərkib hissəsidir. Bir çox insan hər gün buna məruz qalır, lakin aşağı dozada. BPA-nın insan sağlamlığına necə təsir etdiyi ilə bağlı çoxdan narahatlıq var. Bu maddə bədənimizdəki estrogen hormonunun təsirini zəif təqlid edə bilər.
Bu yaxınlarda aparılan bir araşdırma, ana bətnində BPA-ya məruz qalmanın autizmə səbəb olan faktor olduğunu göstərib. Bu tədqiqat insanlar və siçanlar üzərində təcrübələr də daxil olmaqla bir neçə hissədən ibarət olub.
Alimlər 1074 avstraliyalı uşaq qrupu üzərində araşdırma aparıblar. Onların təxminən 50 faizi kişilər olub. Yeddi ilə 11 yaş arasında (orta hesabla doqquz yaş) 43 uşaqda (29 oğlan və 14 qız) autizm diaqnozu qoyulub.
Mütəxəssislər həmçinin gec hamiləlik dövründə 847 anadan sidik nümunələri toplayıb və onlarda BPA miqdarını ölçüblər. Məlum olub ki, analarda yüksək BPA səviyyələri ilə aromataz aktivliyi aşağı olan oğlanlarda autizm riskinin artması arasında əlaqə var. Bununla belə, autizm diaqnozu qoyulan qızların sayı və aşağı aromataz səviyyələri analiz üçün çox az olub.
Komanda BPA-nın siçanlar üzərində təsirini də araşdırıb. Mütəxəssislər belə nəticəyə gəliblər ki, bu maddənin yüksək səviyyələri aromataza fermentini maneə törədə bilər, estrogen istehsalında dəyişikliklərə və siçanların beynindəki neyronların böyümə modelində dəyişikliklərə səbəb olur.
Bundan əlavə, hələ də BPA-nın autizmə səbəb olduğunu söyləmək mümkün deyil. Tədqiqat, sidikdə BPA olan qadınların bütün uşaqlarının autizmli olmadığını, buna görə də yalnız bu plastiklərə məruz qalmanın xəstəliyə səbəb olmaq üçün kifayət etmədiyini ifadə etdi. Buna səbəb olan həm də bir çox genetik amil var.
Sevinc İBRAHİMZADƏ