Piyada gəzməyin faydaları – Mütləq oxuyun və əməl edin

 

Medtime.az: Piyada Gəzmənin 15 Faydası

 

Piyada gəzmək insan həytını çətinləşdirməyən, bədəni yormayan, hər yaşa uyğun idman növüdür.

Sıx iş rejimi, ictimai nəqliyyat problemləri insanları tənbəlləşdirir.

Halbuki hərəkət ürək-damar xəstəliklərindən diabetə qədər bir çox xəstəlik riskindən insanı qoruyur.

Gündə ən azı 30 dəqiqə sürətlə gəzmək sağlamlığınıza güc qatır. Piyada gəzməyin 15 faydasını sizə təqdim edirik:

 

 

  • 1. Əzələləri Gücləndirir: Piyada gəzmək bədən əzələlərini gücləndirir, ürək əzələsinin fəaliyyətini artırır və qan təzyiqini tənzimləyir.

  • 2. Xəstəlik Riskini Azaldır: Beyin-damar və ürək-damar xəstəlikləri riskini azaldaraq, qan axını və dövranı yaxşılaşdırır.

  • 3. Əzələlərin Elastikliyini Artırır: Hərəkətsizlik səbəbindən yaranan sərtliyi azaldır və ayaq, baldır və onurğa əzələlərini gücləndirir.

  • 4. Sümükləri Gücləndirir: Sümük əriməsinin qarşısını almaqda və ya azaltmaqda kömək edir.

  • 5. Piylənmə Riskini Azaldır: Maddələr mübadiləsini gücləndirir, yağları yandırır. Orta hesabla 5 km sürətlə gəzmək, saatda 400-500 kalori yandırır, bu da ay ərzində 2-3 kiloqram arıqlamağa kömək edə bilər.

  • 6. Yaradıcılığı Dəstəkləyir: Beynin oksigen tədarükünü artıraraq, yaradıcı düşüncə və zehnin potensialını yüksəldir.

  • 7. Həzmi Asanlaşdırır: Qəbizliyi azaltmağa kömək edir.

  • 8. Yuxu Keyfiyyətini Yaxşılaşdırır: Yuxusuzluqla mübarizə aparmağa kömək edir, rahatlamağı təmin edir.

  • 9. Qocalma Prosesi ilə Mübarizə: Qocalma müddətini gecikdirir.

  • 10. Depressiyanın Təbii Müalicəsi: Depressiya əleyhinə faydalıdır.

  • 11. Stressi Azaldır: Gərginlikdən uzaqlaşmağa kömək edir və beyində endorfin, serotonin və dopamin səviyyəsini artırır.

  • 12. Xərçəng Riskini Azaldır: Kolon, prostat və döş xərçəngi kimi xəstəliklərin inkişaf riskini zəiflədir.

  • 13. İştaha Nəzarəti: İştahanı idarə etməyə kömək edir, insulin müqavimətini azaldır.

  • 14. Toksinləri Xaric Edir: Alkoqol, kofein və nikotini bədəndən xaric etməyə kömək edir.

  • 15. Xolesterolu Azaldır: Piyada gəzərkən xolesterol səviyyəsi azalır.

 

 

Digər xəbərlər