Qida və genetika. Yəni NUTRİGENETİKA ✔️
📌 Yediyimiz qidalar həyatımıza ciddi təsir edir. Gündəlik həyatımızda özümüzü başqa insanlarla müqayisə edərkən tez-tez "x adamı çox tez arıqlayır, mən arıqlaya bilmirəm, eyni çəkidəyik, amma mətbəxin önündən keçəndə kokelirəm" kimi cümlələr işlədirik. 😖 ❗Yediyimiz şeylərin çoxunda qida-gen əlaqəsi olduğunu unutmaq olmaz. Hər bir fərdin genotipi fərqli olduğu üçün onun qidadan aldığı təsir də orqanizmlər arasında fərqli reaksiya verir.‼️ Bir çox xəstəliklər də genetik fərqlərdən qaynaqlanır. ⭕Əslində balanslı və sağlam həyat üçün qida rasionu hər bir insanın genetik quruluşu nəzərə alınaraq tənzimlənməlidir. Beləliklə, genetik xüsusiyyətlərə görə fərdiləşdirilmiş qidalanma planı yaratmaq mümkün olacaq.💁🏻♀️
📌Nutrigenetika fərdlərin genetik fərqlərinin pəhriz-xəstəlik əlaqəsinə təsirini araşdırır. Tuketdiyimiz hər bir qida müxtəlif fərdlərdə eyni təsirə malik olmaya bilər.🤷🏻♀️‼️‼️ Cəmiyyətdə tez-tez rast gəlinən laktoza dözümsüzlüyünü misal göstərə bilərik. Bu xəstəliyi olan insanlar süd və süd məhsulları istehlak etdikdə✔️qaşınma, ✔️səpgi və ya ✔️həzmsizlik hiss edirlər.📍 Ancaq hər bir insan südə eyni reaksiya vermir. Təkcə bu misaldan belə fərdi qidalanmanın nə qədər vacib olduğu başa düşülür.
📌Nutrigenetikadan danışanda qarşımıza çıxan ilk xəstəlik obozitedir (piylənmə). ⭕Obozite enerji qəbulu ilə ümumi enerji sərfi arasında balansın pozulması nəticəsində yaranan və bir çox metabolik yolların dəyişməsi ilə əlaqəli olan multifaktorial mənşəli tibbi vəziyyətdir. Bu balanssızlıq bədəndə çəki olaraq gördüyümüz yağların yığılmasına gətirib çıxarır. Piylənmənin başqa fəsadları da mövcuddur. Obez olan və eyni həyat tərzini davam etdirən insanlarda qan şəkərini tənzimləyən hormonlar olan insulin və qlükaqon; Bir müddət sonra funksiyasını itirməyə başlayır və 2-ci tip şəkərli diabet dediyimiz şəkər xəstəliyi yaranır.
Ailəsində şəkərli diabet olan insanlarda bu xəstəliyə daha çox rast gəlinir. Bunun fərqində olan fərdlərdə doğru zamanda uyğun pəhriz müdaxiləsi edildiyində bu xəstəliyi ortaya çıxaracaq genlər sıxışdırılır və xəstəliyin görülmə nisbəti azalır.🤷🏻♀️ Belə bir vəziyyətdə genetika ilə məşğul olan mütəxəssisə müraciət etmək düzgün olar.
📌Digər xəstəliklər arasında; Qidalanma zamanı qeyri-sağlam yağların həddindən artıq istehlakı nəticəsində yaranan
📍 xolesterin
fenilalanin hidroksilaz fermentinin çatışmazlığı nəticəsində meydana gələn və xəstəliyi olan insanların ömür boyu pəhriz saxlamasını tələb edəcək
📍 fenilketonuriya xəstəliyi,
bəzi işlənmiş yağların həddindən artıq istehlakı ilə meydana gələ biləcək
📍 xərçəng növləri
, irsi olduğu düşünülən
📍xoralı kolit və
📍 Crohn xəstəliyi kimi bir çox xəstəlik irsiyyətlə əlaqəli ola biləcəyi üçün nutrigenetiklərin araşdırması altındadır.