Zəncəfilli suyun İNANILMAZ faydaları

Medtime.az xüsusi araşdırmalarına görə xəbər verir ki, zəncəfilli su çox faydalı müalicəvi və profilaktik vasitədir ki, onun köməyi ilə bir çox xəstəliklərin qarşısını almaq mümkündür.

Zəncəfilli su necə hazırlanır?

 

1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfili yarım litr isti (qaynar yox!) suda 1 saat ərzində dəmləyin və süzün. Dəmləməni gün ərzində için. İçdikdən əvvəl dəmləməyə limon və bal əlavə edə bilərsiniz. Dəmləməni yeməkdən 20 dəqiqə əvvəl içmək daha faydalı sayılır.

 

Zəncəfilli suyun faydaları:

 

- Həzmi yaxşılaşdırır, mədədə ağırlıq və köp kimi simptomları aradan qaldırır.

 

- Saglamolun.az bildirir ki, piylərin parçalanmasını sürətləndirən və qanda şəkərin səviyyəsini aşağı salan zəncəfilli su arıqlamağa kömək edir.

 

- Orqanizmdə iltihabları azaldır.

 

- Orqanizmdən artıq mayeni çıxardır və bununla da ürəyə və böyrəklərə düşən gərginliyi azaldır.

 

- 2-ci tip şəkərli diabet zamanı çox faydalıdır.

 

- Miqren, baş və oynaq ağrılarını, menstruasiya ağrılarını azaldır.

 

- Güclü xərçəng əleyhinə təsirə malik olduğundan xərçəngin riskini azaldır.

 

- Soyuqdəymə zamanı çox yaxşı kömək edir.

 

- Xolesterinin səviyyəsini aşağı salmaqla ürək və damar xəstəliklərinin riskini aşağı salır.

 

- Zəncəfilli su təbii enerji içkidir. Lakin bu içkilərdən fərqli olaraq orqanizmə heç bir mənfi təsir etmədən güc və gümrahlıq verir.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

Endirimli məhsulları çatdırılma ödənişi olmadan əldə et və alış-verişin ləzzətini çıxar. Temu ilə arzuladığın məhsulları daha sərfəli qiymətlərlə tap, vaxt və pul qənaət et! İndi qoşul, endirimləri qaçırma!

İndi Qeydiyyatdan Keç

Digər xəbərlər