Dolların məzənnəsinin azalması isə ümumiyyətlə gözlənilmir, belə bir şey heç vaxt olmayacaq. Azərbaycanda dolların məzənnəsi yalnız bahalaşa bilər. Çünki Azərbaycanın valyuta gəlirləri get-gedə azalır və azalacaq. Ona görə ki, neft hasilatımız da azalır. Bu baxımdan da dolların ucuzlaşması ehtimalı ümumiyyətlə, yoxdur”.
Bu sözləri hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov Referans-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, bu il ərzində dolların məzənnəsində radikal dəyişiklik gözlənilmir.
Ekrem Hesenov Fdeqxom 1 1756474182 Full
“Dolların bahalaşması ehtimalı var. Amma bu yaxın vaxtlarda gözlənilmir. Ən azından bu il belə bir şey olmayacaq böyük ehtimal. Ümumiyyətlə, bunun dəqiq tarixini heç kəs deyə bilməz. İndiki halda bizim Dövlət Neft Fondunda valyuta ehtiyyatlarımız kifayət qədər yüksəkdir. Buna görə də hazırda devalvasiya ehtimalı yoxdur. Düzdür, iqtisadiyyatımızın vəziyyəti günü-gündən pisləşir və bu proses də get-gedə dərinləşəcək. Məmurlar nə desələr də, bu faktdır. Hətta bizim adambaşına düşən ümumdaxili məhsul göstəricisinə görə, biz artıq Gürcüstan və Ermənistan da geri qalmışıq. Amma devalvasiya təhlükəsi təxminən yaxın bir ildə gözlənilmir. Bununla bağlı ehtimal çox aşağıdır”.
Fidan Vəlisoy