Xəzər dənizində zəlzələ baş verib.
Medtime.az News24.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3.1 maqnitudada olan zəlzələ bu gün yerli vaxtla 10:39-da qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 68 kilometr olub.