Sabah 38 dərəcə isti olacaq

Avqustun 7-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

 

 

Bu barədə medtime.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

 

 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

 

 

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 

 

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

Endirimli məhsulları çatdırılma ödənişi olmadan əldə et və alış-verişin ləzzətini çıxar. Temu ilə arzuladığın məhsulları daha sərfəli qiymətlərlə tap, vaxt və pul qənaət et! İndi qoşul, endirimləri qaçırma!

İndi Qeydiyyatdan Keç

Digər xəbərlər