Bananda C, B1, B2, PP, E vitaminləri, şəkər, karotin və fermentlər vardır.
Medtime.az bananın faydası ilə bağlı məlumat təqdim edir:
O, üzvi, xüsusilə alma turşuları, efir yağları və mədə-bağırsaq xəstəliyində faydalı nişasta ilə zəngindir.
Kalium bananda xüsusilə çoxdur, belə ki, orta ölçülü bananda onun miqdarı 450 mq-a qədər olur. Banan insan orqanizmində serotonin əmələgətirmə qabiliyyətinə malikdir ki, buna da xoşbəxtlik harmonu deyirlər.
Qəbizlikdə 150 qr bananın üzərinə küncüt səpib yemək. Bunu 7 gün davam etdirmək.
Latın Amerikasında göy öskürəyi və güclü öskürəyi bananla müalicə edirlər. Çox dəymiş 2 ədəd bananı ələkdən keçirtib bu kütlənin üzərinə 1 stəkan isti su tökün. Bu içkidən qaynar halda, gündə 1-2 stəkan qurtum-qurtum için.