1001 dərdin dərmanı xurma və onun şirəsi

 

Xurman və onun qatılaşdırılmış şirəsinin Faydaları və Müalicəvi Xüsusiyyətləri

 

Medtime.az-ın araşdırmalarına görə, xurma meyvəsi bir çox xəstəliklərlə mübarizədə təbii vasitə kimi istifadə edilir. Mədə-bağırsaq xəstəlikləri, angina, qanazlığı, böyrək və öd yollarının xəstəlikləri, vərəm, sinqa və qadın xəstəliklərinin müalicəsində xurma geniş tətbiq olunur. Bu məqsədlə təzə, qurudulmuş və dondurulmuş xurma meyvələri istifadə edilə bilər.

 

Xurmanın İstifadə Sahələri:

  • Yaraların müalicəsi: Xurmanın ləti və qabığı irinli yaraların üzərinə qoyulduqda onların tez sağalmasına kömək edir.

  • Antibakterial təsir: Xurma şirəsi orqanizmi təmizləyir və bağırsaq çöpləri, qızılı stafilokok kimi bakteriyaları məhv edir. Qədimdə xurma şirəsi qanazlığı, halsızlıq, vərəm və qadın xəstəlikləri zamanı istifadə edilirdi.

  • Orqanizmin gücləndirilməsi: Şirə yeməkdən əvvəl bir qaşıq bal ilə qarışdırılıb içildikdə, zəiflik və digər xəstəliklərə qarşı bədəni gücləndirir.

  • Qanazlığı və hipertoniya: Xurmanın qatılaşdırılmış şirəsi qanazlığı, hipertoniya və yuxarı tənəffüs yollarında iltihab zamanı faydalıdır.

 

Xurma Şirəsi Hazırlanması:

Xurma şirəsi almaq üçün meyvələr əvvəlcə 12-15 saat müddətində 30-40°C temperaturda suda saxlanılır.Suyun temperaturunu sabit saxlamaq üçün qabı bükə bilərsiniz və ya termos istifadə edə bilərsiniz. Bu prosesdən sonra meyvələr büzüşdürücülüyünü itirir və şirə çəkmək üçün hazır olur. Meyvələri su ile birlikdə blenderdə və ya şirəçəkənlə qarışdıraraq şirə halına gətirə bilərsiniz. Daha da qatı formasını istəsəniz vam xodda azca qaynadın . 

Qatılaşdırılmış xurma şirəsi orqanizmin möhkəmləndirilməsi, qanazlığı və hipertoniya zamanı faydalıdır.

 

Diqqət:

Şəkərli diabet xəstələrinə xurma yemək məsləhət görülmür, çünki saxaroza miqdarı yüksəkdir.

Digər xəbərlər