Tut Suyunun İnamılmaz Faydaları
Medtime.az tut suyunun çoxsaylı faydalarını təqdim edir:
Həzmi yaxşılaşdırır.
Həzm pozğunluğu olan insanlar üçün qaynadılmış tut suyu həzm problemlərini aradan qaldırmağa kömək edə bilər.
Qrip və soyuqdəymə kimi xəstəliklərin əlamətlərini aradan qaldırmağa kömək edir. Tut qaynadılan zaman suya keçən qida maddələri və antioksidantlar orqanizmin xəstəliklərlə mübarizə aparmasına kömək edir.
Sidik yolları infeksiyalarından qoruyur: Tut suyu sidikqovucu xüsusiyyətlərə malikdir. Sidik yollarının infeksiyalarının qarşısını almağa kömək edir. Sidikqovucu xüsusiyyətləri sayəsində sidik yollarını təmizləyir və infeksiya riskini azaldır.
İltihab əleyhinə xüsusiyyətlərə malikdir: Tərkibindəki antioksidantlar sayəsində bədəndəki iltihabı azaldır və iltihablı xəstəliklərə qarşı qoruyur.
Qan təzyiqini tarazlayır: Tərkibindəki kalium sayəsində qan damarlarını genişləndirməyə kömək edir və qan təzyiqini aşağı salır. Bu hipertoniya riskini azalda bilər.
Tut suyu xolesterol səviyyəsini aşağı salır. Tərkibindəki lif xolesterolun udulmasını azaldır və qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir.
Necə Hazırlamaq lazımdır?
Tut suyunu hazırlamaq kifayət qədər asandır.
İstifadə olunan ərzaqlar:
1 litr su
2 stəkan tut qurusu.
Hazırlanması:
Tutları yuyun və saplarını kəsin.
Su qaynara düşəndə tutu içinə tökürük, xodunu şam kimi qoyuruq.
5 -6 dəqiqə o şəkildə qaynayır, sonra dəmlənir, daha sonra tutları süzün. Hazır suyu bir bankaya və ya qaba tökün və soyudun.
Həm soyuq, həm də isti halda içə bilərsiniz.