Soda Qatıq Maskası Nə İşə Yarayır, Faydaları Nələrdir?
Medtime.az xarici mətbuata istinadən, istifadə edilən materiallar təbii olduğu üçün bu qarışıq təbii piling xüsusiyyəti göstərir.
Dəridəki ləkə görünüşünü yüngülləşdirir və cildi yeniləyir.
Qara nöqtələri yox edər.
Cilddə ki ölü hüceyrələri təmizləyir və dərinin parlaq olmasını təmin edir.
Günəş ləkələrinə qarşı effeklidir.
Çilləri azaldır.
Sızanaq müalicəsində çox təsirli bir maska kimi istifadə edilir.
Soda Qatıq Maskasının Necə Hazırlanır?
Materialları:
1 şay qaşığı qatıq
1 çay qaşığı soda
Dəri Üçün Karbonat Qatıq Qarışığının İçi:
İlk olaraq 1 çay qaşığı qatqı bir qabın içinə alın. Sonra içinə 1 çay qaşığı soda əlavə edin. Qatıq və soda qarışdırıldıqdan sonra qabaracaq və kremşanti konsistensiya gələcək. Konsistensiya gəldikdən sonra qarışığı göz ətrafı və dodaq ətrafı xaricində bütün üzünüzə sürtə bilərsiniz. 20 dəqiqə saxlayin sonra soyuq su ilə yuyun.
Əgər normal və ya qarışıq bir dəriyə sahib olsanız maska cildinizdə yarım saat saxlana bilər. Yarım saat sonra quruyan maskanı əlinizlə üzünüzdən soyun. Bu soyma prosesində qara nöqtələr və ölü hüceyrələr təmizlənəcəkdir. Sonra ilıq su ilə üz yuma suyun köməyi ilə dərinizi təmizləyin. İlıq su ilə yuduqdan sonra soyuq su ilə təkrar yuyun. Bu sayədə şoklama əməliyyatı aparmış olacaqsınız. Şoklama prosesi dərinin, daha diri görünməsini təmin edəcəkdir.