Hər yaşda hər bir qadın gənc görünmək istəyir, lakin hamı bunu necə edəcəyini bilmir, xüsusən də 40 yaşdan sonra. Əslində hər şey çox sadədir. Məlum olub ki, düzgün seçilmiş əşyaların köməyi ilə vizual olaraq 10 il itirə bilərsiniz.Rusiya mətbuatına istinadən, 40 yaşında xala kimi görünməməyin yollarını təqdim edir:
Çox vaxt 40 yaşdan yuxarı qadınlar ya çox tünd, ya da çox parlaq rənglər seçirlər. Stilistlər bir ifratdan digərinə keçməyi məsləhət görmürlər. Paltarın rəngini dəri tipinizə və görünüşünüzə görə seçmək daha yaxşıdır.
İnsanı yaşlı göstərən rənglər belədir:
Tünd qəhvəyi
boz-bej
narıncı
tünd qırmızı
bənövşəyi
qırmızı
qara
Ekspertlərin fikrincə, daha gənc görünmək üçün pastel rəngləri seçməlisiniz. Onlar qadınlığınızı vurğulayacaq.
45 yaşdan yuxarı qadınların geyinməməli olduğu libaslar - Anti-trendlərin siyahısı
Rənglər haqqında danışdıq, indi üslublara keçək. Özünüzü daha yaşlı göstərməmək üçün idman kostyumları, böyük ölçülü, qara və ağ zolaqlı koftalar, bədənə yapışan paltarlar və krem rəngli taytlardan qaçının.
Məsələn, düz kəsilmiş şalvar və kostyumları seçmək daha yaxşıdır. Uzun ətəklər köynəklər və ya düz bluzlarla ideal kombin yaradır. (BAKU.WS)