Bu çox ucuz və faydalı resept saç tökülməsini dayandırır, qaş, kiprikəri qalınlaşdırır

Medtime.az xüsusi araşdırmalarına görə xəbər verir ki, nənələrimiz gənəgərçək yağını üz və saçlarına qulluq etdikdə də çox geniş istifadə edirdilər. Təəssüf ki, hal hazırda bu yağ və onun faydalı xüsusiyyətləri ədalətsiz olaraq unudulub. Gənəgərçək yağının faydalı xüsusiyyətləri haqqında sizə məlumat vermək istərdik.

Gənəgərçək yağı tam təbii vasitədir. Bu yağ gənəgərçək ağacından istehsal olunur.

Gənəgərçək yağı dərini nəmləndirir, cavanlaşdırır, dərini daha elastik edir, xırda qırışları yox edir.

Qidalandırıcı maska: 

2 çay qaşığı gənəgərçək yağı, 1 çay qaşığı sürtgəcdən keçirilmiş çiy kartof, 1 xörək qaşığı süd, 1 yumurtanın sarısı. Maskanı yaxşı qarışdırmaq və təmiz üz dərisinə çəkmək lazımdır. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Yağlı dəri üçün ağardıcı maska:

 2 çay qaşığı gənəgərçək yağı, 2 çay qaşığı kəsmik, 1 çay qaşığı limon şirəsi yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maska üz dərizini ağardır, piqment ləkələrini daha az görünən edir, dəri məsamələrini yığır.

Gənəgərçək yağı saçların vəziyyətinə çox müsbət təsir edir - möhkəmləndirir, daha elastik və canlı edir. 

Saç üçün maska:

 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı küncüt yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı yaxşı qarışdırılır, isti suda bir qədər qızdırılır və saçların diblərinə massaj hərəkətləri ilə sürtülür.

Gənəgərçək yağı kirpiklər və qaşlar üçün də çox xeyrlidir. 

Kiçik təmiz fırça ilə (tuş fırçasından istifadə etmək olar) gənəgərçək yağını kirpiklərə və qaşlara sürtün. Bir müddət keçdikdən sonra kirpik və qaşlarınız daha sıx olacaq.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

Endirimli məhsulları çatdırılma ödənişi olmadan əldə et və alış-verişin ləzzətini çıxar. Temu ilə arzuladığın məhsulları daha sərfəli qiymətlərlə tap, vaxt və pul qənaət et! İndi qoşul, endirimləri qaçırma!

İndi Qeydiyyatdan Keç

Digər xəbərlər