Valideynlərlə birgə yatmaq uşaqların psixikasına təsir edir? - Alimlər açıqladı

Medtime.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu "Attachment & Human Development" (AHD) jurnalında dərc olunan araşdırma göstərib.

 

Alimlər Britaniyadan olan təxminən 17 min körpənin məlumatlarını təhlil ediblər. Onların səhhəti 11 il ərzində nəzarətdə saxlanılıb. Doqquz ayda valideynləri ilə eyni yataqda yatan uşaqlar psixi problemlər (depressiya, narahatlıq), emosional problemlər (aqressiya), davranış problemləri (hiperaktivlik) və ya fiziki xəstəliklərdən əziyyət çəkməyiblər.

 

Birgə yatmaq təcrübəsi mübahisəlidir, çünki bəzi ekspertlər əvvəllər bunun uşaqların inkişafına mənfi təsir etdiyinə inanırlar. Ancaq digərləri, qidalanma zamanı və gecə yuxudan oyandıqları təqdirdə həm valideynlərə, həm də körpələrə kömək etdiyini söyləyirlər.

 

"Birgə yatmağın mümkün uzunmüddətli zərərləri və faydaları ilə bağlı davam edən mübahisələrə baxmayaraq, mövzu ilə bağlı az elmi araşdırma aparılıb. Valideynlər əmin ola bilərlər ki, təhlükəsizlik tədbirlərinə əməl olunarsa, birgə yatmağın uşaqların emosional və davranışlarının inkişafına heç bir mənfi təsir göstərməsi ehtimalı azdır", deyə alimlər qeyd ediblər.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

Endirimli məhsulları çatdırılma ödənişi olmadan əldə et və alış-verişin ləzzətini çıxar. Temu ilə arzuladığın məhsulları daha sərfəli qiymətlərlə tap, vaxt və pul qənaət et! İndi qoşul, endirimləri qaçırma!

İndi Qeydiyyatdan Keç

Digər xəbərlər