Burun tüklərini təmizləmək olar? - ZİYANLARI

Burun tükləri müdafiə funksiyanı yerinə yetirir, orqanizmə toz və digər ziyanlı maddələrin, mikrobların düşməsinə mexaniki olaraq mane olur.

Bu xüsusilə soyuq fəsillərdə, soyuqdəymə və qrip xəstəliklərinin çoxalması zamanı vacibdir.

 

Bundan əlavə tüklər buruna müxtəlif allergenlərin düşməsini məhdudlaşdırır. Araşdırmalar göstərir ki, burunda tüklərin çox olması allergiya və hətta astmanın riskini azaldır.

 

Bir çox insanlar burun tüklərini təmizləyir və bu məqsədlə pinset və mumdan istifadə edir. Burun nahiyyəsi sinir ucları ilə zəngin olduğundan bu prosess çox ağrılıdır.

 

Medtime.az Sağlamolun.az-a istinadən bildirir ki, tüklərin qoparması müxtəlif fəsadlara səbəb ola bilər. Tüklərin qoparması burunu mikrob, toz və allergenlərə qarşı müdafiəsiz edir ki, bu da infeksiya və allergiyanın riskini artırır.

 

Qoparılmış tükün yerində əmələ gələn kiçik yaraya burunda olan mikroblar düşə bilər ki, bu da iltihaba və hətta immun sistemi zəif olan insanlarda infeksiyanın qana düşməsinə səbəb ola bilər.

 

Bütün bunları nəzərə alaraq LOR həkimləri qəti şəkildə burun tüklərini qoparmağı tövsiyə etmir. Tüklər sizi çox narahat edirsə, onarı qayçı ilə bir qədər kəsmək və ya trimmerdən istifadə etmək olar.

 

Saglamolun.Az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

Endirimli məhsulları çatdırılma ödənişi olmadan əldə et və alış-verişin ləzzətini çıxar. Temu ilə arzuladığın məhsulları daha sərfəli qiymətlərlə tap, vaxt və pul qənaət et! İndi qoşul, endirimləri qaçırma!

İndi Qeydiyyatdan Keç

Digər xəbərlər