Gürcüstan tərəfi Azərbaycanla bağlı ŞAD XƏBƏRİ YAYDI - Tarix açıqlandı
Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma yenidən gündəmə gəlib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə keçirilən görüşdə iki ölkə arasında dəmir yolu nəqliyyatının perspektivlərini müzakirə ediblər. Gürcüstan mətbuatının yaydığı məlumata görə, əsas diqqət sərnişindaşımanın bərpası məsələsinə yönəlib.
Bəs, uzun fasilədən sonra Bakı–Tbilisi istiqamətində sərnişin qatarlarının hərəkəti bərpa oluna bilərmi?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələ artıq uzun müddətdir Gürcüstan tərəfinin gündəmindədir və dəfələrlə Azərbaycanla bu barədə rəsmi danışıqlar aparılıb:
“Əslində, uzun müddətdir ki, Gürcüstan tərəfi Azərbaycanla dəmir yolu nəqliyyatının bərpa olunmasını xahiş edir. Bu, həm sosial, həm də iqtisadi baxımdan zəruridir. Orada yaşayan soydaşlarımız, eləcə də Azərbaycanla yaxın münasibətləri olan gürcü vətəndaşları üçün bu marşrutun yenidən istifadəyə verilməsi olduqca vacibdir”.