Haymorit və adenoidlərdən xilas edən UCUZ TƏBİİ VASİTƏ

Ağ şam ağacı yağı (rus dilində - "масло пихты") çox güclü antiseptik, iltihab və virus əleyhinə təsirə malikdir, immun sistemini möhkəmləndirir, dərinin və selikli qişalarının bərpasını sürətləndirir.

 

Bu vasitə qədim zamanlardan bir çox xəstəliklər zamanı istifadə olunur.

 

- Ağ şam ağacı yağı böyümüş adenoidləri kiçiltmək qabiliyyətinə malikdir. Adenoidlərin böyüməsi uşaqlar arasında çox yayılmış problemdir. Ağ şam ağacı yağının istifadəsi bir çox uşaqlarda adenoidlərin kiçilməsinə kömək edib. Bunun üçün gündə 2-3 dəfə buruna 3-4 damcı yağ damızdırmaq lazımdır. Müalicə adətən uzunmüddətli olur, lakin çox yaxşı effekt verir. İstifadə etdikdən əvvəl mütləq LOR həkimi ilə məsləhətləşmək lazımdır.

 

- Bu vasitə həmçinin haymorit zamanı da çox yaxşı müalicəvi təsir edir. Haymorit zamanı ağ şam ağacı yağı damcı və inhalyasiya şəklində istifadə olunur. İnhalyasiya üçün enli qaba 1/2 l isti su tokülür və 10 damcı ağ şam ağacı yağı damızdırılır. Xəstə bu suyun buxarından nəfəs almalıdır.

 

- Saglamolun.az bildirir ki, bronxit, öskürək, zökəm zamanı ağ şam ağacı yağı ilə inhalyasiyalar çox yaxşı kömək edir - nəfəs yollarına antiseptik təsir edir, mikrobları öldürür, bəlğəmin çıxmasını asanlaşdırır.

 

- Otit (orta qulaq iltihabı) zamanı qulağa ağ şam ağacı yağında isladılmış pambıq qoyulur və həmçinin qulağın arxasındakı dəriyə şam ağacı yağı çəkilir.

 

- Ağız boşluğunun selikli qişasında müxtəlif yaralar, stomatit və s. zamanı ağ şam ağacı yağını yeməkdən sonra bu yerlərə çəkin.

 

- Damaqların iltihabı zamanı gündə 2-3 dəfə ağ şam ağacı yağında pambıq isladılır və damaqlara qoyulur.

 

- Qripp və soyuqdəymənin ilk simptomlarında buruna 2-3 damcı ağ şam ağacı yağını damızdırın. Bu yerli immuniteti qaldırır.

 

- Dəridə sıyrıntılar, kiçik yaralar, sızanaqlar zamanı ağ şam ağacının yağından istifadə çox yaxşı effekt verir

Digər xəbərlər