Toydan nə qədər vaxt keçməlidir ki, uşaq olsun? - Günahın 40 faizi qadınlarda, 60 faizi kişilərdədi...

rastlaşırıq ki, guya uşaqlıqda olan əyriliklər, vajinal problemlər, pH turşuluğuna bağlı problemlər, cinsi əlaqə pozası hamilə qalmağa təsir edir. Amma artıq müasir tibb elmi bu fikirləri qəbul etmir. Əgər sağlam sperm və sağlam yumurtahüceyrədirsə, hansı şəkildə cinsi əlaqə olursa-olsun, hamiləlik baş verəcək”. 

 

 

Cəmi 2 sutka keyfiyyətini saxlayan yumurtahüceyrə və sperm 

 

 

Cəmalə Hacıyeva cinsi əlaqə formasını önəmli saymasa da, cinsi əlaqə tezliyinin uşaq sahibi olmaqda vacibliyini bildirir:

 

“Bir qadının hamilə qalma müddəti bir ayda cəmi 3-5 sutkadır. Son protokollara əsasən, biz ovulyasiya günlərində günaşırı cinsi əlaqəni tövsiyə edirik. Hər gün cinsi əlaqədə olmaq sperm keyfiyyətini azladır. Hamiləlik planlamalarında günaşırı cinsi əlaqə təyin edirik. Uzun müddət əlaqədə olmayanda da spermin keyfiyyəti ölür. Aşılamalarda daha keyfiyyətli sperm almaq üçün 3 günlük cinsəl pəhriz tövsiyə edirk. 3 gündən çox da fasilə vermək olmaz, 3 gündən tez də olmaz. Ümumiyyətlə, yumurtahüceyrə 2 sutka mayalanmaq qabiliyyətini saxlayır. Spermin mayalandırmaq qabiliyyətini də 2 sutka götürürük. Əvvəllər bir həftəyə qədər spermin yaşadığı deyilirdi. Hazırda biz spermin keyfiyyətli şəkildə mayalandırması üçün 2 sutka götürürük”. 

 

 

 

Kontraseptiv vasitələr klimaksı gecikdirir!

 

 

 

Konrtaseptiv vasitələrdən istifadə etmək və onları dayandırdıqdan sonra hamilə qalmaq şansları da artırmış:

 

“Kontraseptiv həblərlə qorunub, sonra onları dayandırdıqdan sonra mayalanma şansları artır. Kontraseptiv dərmanlar yumurtalıqlara fasilə verir, onları işlətmir. Həmin vasitələri istifadə etməkdikdə isə yumurtalıqların stimulyasiyası baş verir və daha tez hamilə qalmaq ehtimalları olur. Hətta son zamanlar qadınların daha gec klimaksa girmələri üçün ildə 3 ay kontraseptiv həblər qəbul etmələri tibbi protokollarda var”.

 

 

 

Cəmalə xanım son çarə kimi süni mayalanmaya üz tutanlarla bağlı isə bunları deyir: “Biz yumurta donoru və sperm donoru fəaliyyəti göstərmirik. Bu, xaricdə mümkündür. Bizim kilinikamızda nikah şəhadətnaməsi olmayan cütlüyün süni mayalanması aparılmır”.

 

 

 

Rəna Kərimova

Digər xəbərlər