Bananın faydaları hamıya məlumdur, lakin qabığı da bir o qədər faydalıdır. Biz hamımız banan yedikdən sonra onu atırıq, amma bilməliyik ki, qabığında çoxlu qida maddəsi var.
Medtime.az xarici mətbuata istinadən bildirir ki, banan qabığını bir qaşıq ilə ayırın və istifadə edin:
Ziyilləri aradan qaldırır
Dərinizdə ziyil varsa, banan qabığı sizə kömək edə bilər. Siz onları nəinki siləcəksiniz, hətta gələcəkdə görünmələrinin qarşısını ala bilərsiniz.
Sızanaqlar və qırışlar
Banan qabığı antioksidanlar və yaşlanma əleyhinə xüsusiyyətlərlə zəngindir. Dərinin zədələnmiş nahiyələrinə banan qabığını çəkin və 30 dəqiqə saxlayın.
Banan qabığı - ağrı kəsici
Bədəninizin ağrılı bölgələrinə banan qabığını sürtün.
Arıqlamaq üçün banan qabığı
Hər gün naharda iki banan yeyin. Bir ay ərzində bu pəhrizə əməl etsəniz, 5 kiloqram arıqlayacaqsınız.