MÖHTƏŞƏM resept! Limon,duz,istiot – 9 xəstəliyin dərmanı...

 

MÖHTƏŞƏM resept! Limon,duz,istiot – 9 xəstəliyin dərmanı...

 

Limon diliminin üzərinə qara istiot, dəniz duzu səpib, sonra istifadə etsəniz, daha çox fayda əldə edə bilərsiz.

Medtime.az Medicina.az -a istinadən bu üsulun sağalda biləcəyi xəstəlikləri təqdim edir:

 

Boğaz ağrısı, angina – limon suyu, istiot, dəniz duzunun hərəsindən bir çay qaşığı bir stəkan isti suda həll edib, boğaza kompres və qarqara olunur.

 

Burun tutulması, haymorit – buruna damcı olunur və bu qarışımın qoxusu gün ərzində tez-tez buruna çəkilir.

 

Öd yolları durğunluğu və öd daşlarında – yarım limon, 2 xörək qaşığı zeytun yağı, duz, istiot qarışdırılıb, qəbul olunur.

 

Astma tutmaları – 10 ədəd dənəvər qara istiot, 2 mixək, 15 reyhan yarpağı bir stəkan qaynar suda qarışdılıb, 15 dəqiqə qaynadılır, sonra süzülüb bankaya yığılır. Soyuducuda saxlanılır. Bir stəkan isti südə 2 xörək qaşığı qatılıb içilir.

 

Diş ağrısı, iltihabı, stomatit – limon suyu, dəniz duzu və qara istiotdan isti suda həll edib, hər yemək qəbulundan sonra ağızı yaxalamaq.

 

Soyuqlama və qrip: qaynar suda limonun lətli hissəsi əzilir, bura 1 çay qaşığı istiot və bir çay qaşığı duz qatılıb, içilir.

 

Ürəkbulanma və toksikozda – limon diliminin üzərinə duz səpib, sovrulur.

 

Bu metod yüksək təzyiq və şəkər xəstələri üçün də vacibdir. Amma bu xəstələr duzun miqdarını az etsinlər.

Digər xəbərlər